18 İyul 2025, 23:47
FUTBOL
"Barselona"nın hücumçusu Robert Levandovski Polşa millisinə qayıtmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Goal.pl" məlumat yayıb.
Bildirilir ki, forvard kapitan sarğısının qaytarılması kimi heç bir şərt qoymaq da fikrində deyil.
Xatırladaq ki, futbolçu baş məşqçi Mixal Probyerzlə münaqişədən sonra millidə oynamaqdan imtina etmişdi. Daha sonra Probierz istefa verdi və onun yerini Yan Urban tutub.