19 İyul 2025, 09:50
FUTBOL
"Milan" yeni qapıçı transfer edib.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" "Fiorentina"dan Pyetro Terraççianonu transfer edib.
"Milan" 35 yaşlı qolkiper üçün Florensiya təmsilçisinə təzminat ödəməyib.İtalyan futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Pyetro Terraççiano ötən mövsüm "Fiorentina"nın heyətində 10 oyunda iştirak edib.