19 İyul 2025, 10:08
FUTBOL
"Benfika"nın futbolçusu Kerem Aktürkoğlu Türkiyəyə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sport Mediaset" məlumat yayıb.
"Fənərbaxça" türk vinger üçün Portuqaliya klubu ilə danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, "Benfika" Kerem Aktürkoğlunu ötən ilin yayında"Qalatasaray"dan transfer edib. 26 yaşlı futbolçu Lissabon təmsilçisinin heyətində keçirdiyi 53 oyunda 16 qol vurub, 13 qol ötürməsi edib.