"Milan" heyətinə yeni hücumçu cəlb etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, A Seriyası təmsilçisinin əsas hədəfi PSJ-də çıxış edən Qonçalo Ramosdur. Bu barədə İtaliya mətbuatı məlumaat yayıb.

"Milan" portuqaliyalı forvard üçün Fransa klubu ilə danışıqlara başlamağa hazırlaşır. İtalyanlar 24 yaşlı futbolçu üçün 30 milyon avroluq büdcə ayırıb.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Qonçalo Ramos ötən mövsüm PSJ-nin heyətində keçirdiyi 46 oyunda 19 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest