UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan "Aris" heyətinə yeni futbolçu cəlb edib.

Matc.az xəbər verir ki, Saloniki təmsilçisi "Ankaragücü"dən Olimpiu Morutanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rumıniyalı vingerlə 3 illik müqavilə imzalanıb.

Morutan "Ankaragücü"dən əvvəl "Qalatasaray", "Piza", FKSB kimi klublarda çıxış edib.

Qeyd edək ki, "Araz-Naxçıvan"ın "Aris"lə ilk oyunu iyulun 24-də Bakıda keçiriləcək. Cavab matçı isə 31 iyul tarixində Yunanıstanda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest