19 İyul 2025, 12:37
FUTBOL
33 yaşlı qolkiperlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
"Real" Tibu Kurtuanın müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
33 yaşlı qolkiperlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb. Klub tezliklə bununla bağlı rəsmi açıqlama edəcək.
Qeyd edək ki, "Real" Tibo Kurtuanı 2018-ci ilin yayında "Çelsi"dən transfer edib. Belçikalı qapıçı ötən mövsüm "kral klubu"nun heyətində 53 oyunda iştirak edib.