19 İyul 2025, 13:21
FUTBOL
"Nyukasl"ın hücumçusu Aleksandr İsak karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.
"Əl-Hilal" isveçli futbolçusu transfer etmək istəyir. Ərəblər artıq "Nyukasl"la danışıqlara başlayıb.
25 yaşlı forvard özü Səudiyyə Ərəbistanına yollanmağa isti yanaşır.
Qeyd edək ki, Aleksandr İsak ötən mövsüm "Nyukasl"ın heyətində keçirdiyi 42 oyunda 27 qol vurub, 6 qol ötürməsi edib.