19 İyul 2025, 13:47
FUTBOL
Səudiyyə Ərəbistanının "Əl-Kadsiya" klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.
Matc.az xəbər verir ki, bu barədə "Mercato" nəşri məlumat yayıb.
Qabonlu forvard "Marsel"lə anlaşıb. 36 yaşlı forvard Liqa 1 klubu ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Pyerr-Emerik Obameyanq ötən mövsüm "Əl-Kadsiya"nın heyətində keçirdiyi 36 oyunda 21 qol vurub, 3 qol ötürməsi edib. O, 2023/2024 mövsümündə də "Marsel"də çıxış edib.