"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu Türkiyədə çıxış edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Qalatasaray"ın transfer etmək istədiyi türk futbolçu üçün "Fənərbaxça" hərəkətə keçib. Onlar 31 yaaşlı oyunçu üçün "İnter"ə 20 milyon avro təklif edib. İtaliya klubu təcrübəli futbolçunu 25 milyon avroyaa satmağaa hazırdır.

Qeyd edək ki, Halan Çalhanoğlu ötən mövsüm "İnter"in heyətində keçirdiyi 47 oyunda 11 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest