"Liverpul"un hücumçusu Darvin Nunes komandadan ayrıla bilər.

matc.az xəbər verir ki, bu barədə "Caughtoffside" məlumat yayıb.

Uruqvaylı forvardın xidmətində 4 klub maraqlıdır. "Barselona", "Milan", "Əl-Hilal" və "Əl-Nəsr" 26 yaşlı futbolçunu transfer etmək istəyir.

Qeyd edək ki, Darvin Nunes ötən mövsüm "Liverpul"un heyətində keçirdiyi 47 oyunda 7 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest