19 İyul 2025, 19:32
FUTBOL
"Mançester Yunayted"in və İngiltərə millisinin hücumçusu Markus Reşford "Barselona"ya keçməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb
Bildirilir ki, tərəflər prinsipcə şifahi razılığa gəliblər. "Barselona" yaxın günlərdə Reşord üçün tibbi müayinə keçirməyi planlaşdırır.
Müqavilənin təfərrüatları məlum deyil, lakin onlar artıq klublar arasında razılaşdırılıb.
Qeyd edək ki, Markus Reşford qışda yeni baş məşqçi Ruben Amorimin gəlişindən sonra "Mançester Yunayted"in start heyətində yerini itirib. Bundan sonra o, "Aston Villa"ya icarəyə verilib və orarada bütün yarışlarda 17 oyun keçirib, 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.