19 İyul 2025, 20:10
FUTBOL
Yeni mövsümün hazırlığını davam etdirən "İmişli" bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Matc.az xəbər verir ki, Premyer Liqaya yüksələn kollektiv "Araz-Naxçıvan"ın əvəzedici komandası ilə üz-üzə gəlib. Qarşılaşma bölgə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "İmişli" yay toplanışı çərçivəsində növbəti hazırlıq matçlarında “Sumqayıt”, “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah 2” ilə də qarşılaşacaq