"Turan Tovuz" bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Matc.az xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyə I Liqa təmsilçisi "Çorum"la qarşılaşıb.

Görüş 1:1 hesabı ilə yekunlaşıb. Tovuz təmsilçisinin qolunu 37-ci dəqiqədə Roderik Miller vurub.

Qeyd edək ki, "Turan Tovuz"un Bolu toplanışı 6 avqustadək davam edəcək. Komanda Türkiyədə daha 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest