"Braqa" PSJ-nin yarımmüdafiəçisi Qabriel Moskardonu icarəyə götürdüyünü açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun saytı məlumat yayıb.

İcarə müqaviləsi bir mövsümlükdür və satın alma opsionu yoxdur.

Qeyd edək ki, Moskardo 2024-cü ildə PSJ-yə keçib. Ötən mövsümü o, icarə əsasında "Reyms"də keçirib. Fransa klubunun tərkibində bütün yarışlarda 10 oyun keçirib və bir qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest