"Real" futbolçusu Reyniyer Jesusla yollarını ayıracaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "AS" paylaşıb.

Bildirilir ki, Madrid klubu 23 yaşlı vingeri bu yay sata bilməsə, müqaviləsinə qarşılıqlı şəkildə xitam verəcək.

Braziliyalı oyunçu "Kral klubu"na 2020-ci ildə transfer olunub. Lakin o kluba gəldiyi gündən "Real"da heç bir oyun keçirməyib. 5 il ərzində müxtəlif klublarda icarə əsasında çıxış edən Reyniyerin madridlilərlə müqaviləsi 2026-cı ildəqədər nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest