20 İyul 2025, 12:18
FUTBOL
"Everton"un qapıçısı Cordan Pikford yeni müqavilə imzalamağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Bildirilir ki, 31 yaşlı futbolçunun yeni müqaviləsi 4 illik olacaq.
Qeyd edək ki, Pikford ötən mövsüm 40 oyun keçirib, 46 qol buraxıb və 13 görüşdə qapısını təmiz saxlayıb.