PSJ və Slovakiya millisinin müdafiəçisi Milan Şkrinyar "Fənərbaxça"ya qayıdacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Nikolo Şira paylaşıb.

Bildirilir ki, yeni müqavilənin 2029-cu ilin yayına qədər imzalanması gözlənilir, lakin potensial transferin məbləği hələlik məlum deyil.

Qeyd edək ki, Şkrinyar bu qış icarə əsasında "Fənərbaxça"ya keçib və bu müddət ərzində bütün turnirlərdə 23 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

"Transfermarkt" portalı slovakiyalını 15 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest