Tərəflər 40 milyon avro ilkin ödəniş, qalan 35 milyon avronun isə 2026-cı ilin sonuna qədər iki hissədə ödənilməsi barədə razılığa gəliblər.
"Qalatasaray" "Napoli" ilə Osimhenin keçidini razılaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Hürriyet" paylaşıb.
"Napoli" ilə uzun müddətdir davam edən danışıqlardan sonra və bəzən də İtaliya klubunun prezidenti De Laurentisin daim dəyişən tələbləri ilə gərginləşən danışıqlar nəhayət ki, yekunlaşıb.
Tərəflər 40 milyon avro ilkin ödəniş, qalan 35 milyon avronun isə 2026-cı ilin sonuna qədər iki hissədə ödənilməsi barədə razılığa gəliblər. "Napoli"nin bank zəmanəti tələbi yerinə yetirilib və müqavilədə ulduz hücumçunun qarşıdakı iki il ərzində heç bir İtaliya klubuna satılmayacağını nəzərdə tutan bənd var.
Qeyd edək ki, "Napoli"yə Osimhenin sonrakı satışından 10 faiz pay təklif də edilib.