"Atletiko" "Çelsi"nin müdafiəçisi Renato Veyqanın mümkün transferi üzərində işləyir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.

Bildirilir ki, Madrid klubunun təmsilçiləri artıq 21 yaşlı portuqaliyalının ətrafı ilə birbaşa təmasdadır. Futbolçunun özü İspaniya klubuna keçmək istəyir. "Çelsi" müdafiəçi üçün ən azı 40 milyon avro tələb edir.

Qeyd edək ki, "Çelsi" 2024-cü ilin yayında Veyqa ilə müqavilə imzalayıb və onun üçün "Bazel"ə 14 milyon avro verib. Portuqaliyalı ötən mövsümün ikinci yarısını icarə əsasında "Yuventus"da keçirib. Ümumilikdə, Veyqa ötən mövsüm bütün yarışlarda 33 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest