Dortmund "Borussiya"sının sol cinah oyunçusu Covanni Reyna "Parma" ilə müqavilə imzalamağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.

Bildirilir ki, 22 yaşlı amerikalı artıq 4 il müddətinə qüvvədə olacaq şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Hazırda "Borussiya" və "Parma" transferlə bağlı danışıqları davam etdirir.

Gözlənilən sövdələşmə məbləği əlavə 2 milyon bonusla 6 milyon avrodur.

Qeyd edək ki, 2024/25 mövsümündə Reyna 25 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest