Bu gün "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda ilk oyununa çıxıb.

Matc.az xəbər verir ki, təmsilçimiz Xorvatiyanın "Hayduk" komandası ilə qarşılaşıb.

Görüşdə hesabı ilk hissədə təmsilçimiz açsa da, ikinci yarıda qonaq komanda oyunda tarazılığı yarada bilib. Qarşılaşmada başqa qol olmayıb və oyun heç-heçə ilə nəticələnib.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da Spilit şəhərindəki "Polyud Stadium"da keçiriləcək.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul

"Zirə" – "Hayduk" - 1:1 
Qollar: Brahim Konate, 31 // Antoni Kalik, 59
Baş hakim: Xristos Varqetis
Baş hakimin köməkçiləri: Andreas Fotopulos, Konstantinos Staykos
Dördüncü hakim: Anastasios Papapetru
8-ci km stadionu


"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 5. Anje Mutsinzi, 4. Ruan Renato, 20. İssa Cibrilla, 30. Quima, 93. Brahim Konate, 17. Ayron Qomis, 10. Giorgi Papunaşvili, 11. Martins Junior, 9. David Volkov
Baş məşqçi: Rəşad Sadıqov

"Hayduk": 1. İviça İvuşiç, 32. Şimun Hrqoviç, 31.Zvonimir Şarlija, 36. Marino Skelin, 8. Niko Siqur, 23. Filip Krovinoviç, 26. Marko Kapan, 37. Noa Skoko, 28. Roko Braykoviç, 7. Antoni Kalik, 10. Marko Livaya (k)
Baş məşqçi: Qonsalo Qarsiya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest