24 İyul 2025, 14:30
FUTBOL
"Milan" "Brayton"un müdafiəçisi Pervis Estupinanı transfer edib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
A Seriyası təmsilçisi ekvadorlu sol cinah müdafiəçisi üçün onun klubuna 17+2 milyon avro təzminat ödəyəcək. 27 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Pervis Estupinan ötən mövsüm "Brayton"un heyətində keçirdiyi 36 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.











