24 İyul 2025, 15:14
FUTBOL
Fransanın "Paris" klubu heyətinə yeni müdafiəçi cəlb edib.
Matc.az xəbər verir ki, Liqa 1-ə yüksələn kollektiv "Portu"dan Otavionu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Paris" braziliyalı mərkəz müdafiəçisi üçün Portuqaliya klubuna 17+3 milyon avro təzminat ödəyəcək. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Otavio ötən mövsüm "Portu"nun heyətində keçirdiyi 28 oyunda 2 qol vurub.











