"Vulverhempton" "Fluminense"dən Con Ariası transfer edib.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

"Qurdlar" kolumbiyalı vinger üçün Braziliya klubuna 17 milyon avro təzminat ödəyəcək. 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Con Arias bu mövsüm "Fluminense"nın heyətində keçirdiyi 35 oyunda 4 qol vurub, 13 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest