"Səbail"dən ayrılan Rüfət Abdullazadə karyerasını Xorvatiyada davam etdirəcək.

Matc.az xəbər verir ki, Azərbaycan U-21 millisində oynamış yarımmüdafiəçi "Varajdin"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki,  "Varajdin" UEFA Konfrans Liqasında iştiirak edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest