24 İyul 2025, 18:06
FUTBOL
"Porto" Danimarka millisinin 19 yaşlı yarımmüdafiəçisi Viktor Froholdtun "Kopenhagen"dən transferini başa çatdırıb.
Matc.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun saytı məlumat yayıb.
Froholdt "Porto" ilə 30 iyun 2030-cu ilə qədər müqavilə imzalayıb. "Kopenhagen" öz yetirməsinin transferinə görə 20 milyon avro, əlavə olaraq 2 milyon avro da mükafat alacaq.
Qeyd edək ki, ötən mövsüm Viktor Froholdt "Kopenhagen"in heyətində 53 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Danimarka millisində 2 oyunu var.











