"Real"ın baş məşqçisi Xabi Alonso "Kral klubu"nun rəhbərliyindən yarımmüdafiəçi Daniel Sebalosu satmamağı istəyib.
Matc.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.
Bildirilir ki, ispaniyalı mütəxəssis transfer bazarında 28 yaşlı futbolçuya uyğun əvəzləyici görmür. Sebalyosun ən azı daha bir mövsüm madridlilərin düşərgəsində qalacağı vurğulanır.
Daha əvvəl mətbuatda yarımmüdafiəçinin 2011-2017-ci illərdə sistemində olduğu "Betis"ə qayıda biləcəyi yazılıb.
Qeyd edək ki, ötən mövsüm Seballos bütün turnirlərdə 45 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib. 28 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi hesablanıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 10 milyon avrodur.