Transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib. Polşalı qolkiper Kaçper Rosa "Kəpəz"ə keçib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.

Bildirilir ki, 30 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kaçper Rosanın son klubu vətənində yüksək liqa təmsilçisi "Motor" olub. Rosa 2024/2025-ci illər mövsümündə 17 çempionat matçında komandasının qapısını qoruyub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest