24 İyul 2025, 19:27
FUTBOL
"Volfsburq" İtaliyanın "Napoli" klubunun yarımmüdafiəçisi Jesper Lindstromu icarəyə götürdüyünü açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Danimarkalı yarımmüdafiəçi "Volfsburq"da satın alma hüququ ilə 1 illik icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Lindstrom ötən mövsümü də icarə əsasında "Everton"da keçirib. "Transfermarkt" futbolçunu 18 milyon avro qiymətləndirir.