24 İyul 2025, 20:40
FUTBOL
"Arsenal" klubu "Valensiya"nın mərkəz müdafiəçisi Kristian Moskeranı alıb.
Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat paylaşıb.
"Arsenal" İspaniya millisinin gənclər komandasının 21 yaşlı futbolçusu üçün 15 milyon avro ödəyib. Müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Moskera ötən mövsüm "Valensiya"nın heyətində 37 matça çıxıb.