Bu oyunu unudub, növbəti matça hazırlaşmalıyıq.

"Araz-Naxçıvan" bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyununda "Aris"i 2:1 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "Aris"in baş məşqçisi Marinos Ouzounidis jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üçün pis nəticədir. Qol vurduqdan sonra oyuna nəzarəti itirdik. Daha soyuqqanlı oynamalı idik. Üçüncü qolu da buraxa bilərdik. Bizim üçün qəbuledilməzdir. İkinci hissədə əziyyət çəkəcəyimizi bilirdik. Bu oyunu unudub, növbəti matça hazırlaşmalıyıq.

- "Araz-Naxçıvan" bütün komponentlərdə rəqibi üstələyərək layiqli qələbə qazandı. Siz də bu fikirdəsiz?
- Bəli, razıyam.

- Bir həftə ərzində nəyisə dəyişmək mümkündür, yoxsa analizdə hansısa səhvlər buraxmısız deyə, artıq gecdir?
- Tamamilə fərqli oyun olacaq. Görəcəksiniz.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest