"Araz-Naxçıvan"ın "Aris", "Sabah"ın isə "Petrokub" üzərindəki qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb.

Matc.az xəbər verir ki, hər qalibiyyət ölkəmizin aktivinə 0,250 xal əlavə edib. 

Hazırda Azərbaycanın aktivində 18,125 xal var və 29-cu pillədə qərarlaşıb. 28-ci yerdə Rusiya, 30-cu yerdə isə Bolqarıstandır.

Qeyd edək ki, bu həftə "Qarabağ" Çempionlar Liqasında "Şelburn"a qalib gəlib, "Zirə" isə "Hayduk"la heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest