"Volfsburq"un futbolçusu Vatslav Çorni karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Beşiktaş" çexiyalı vingeri heyətinə qatmaq istəyir. İstanbul nəhəngi 27 yaşlı oyunçunu satınalma bəndi ilə icarəyə götürmək üçün Almaniya klubuna rəsmi təklif göndərib.

Qeyd edək ki, Vatslav Çorni ötən mövsüm icarə əsasında "Reyncers"də çıxış edib. O, Şotlandiya təmsilçisinin heyətində keçirdiyi 52 oyunda 18 qol vurub, 9 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest