"Yuventus" Kenan Yıldızı "Çelsi"yə satmaqdan imtina edib.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Çelsi" Türkiyə millisinin üzvü üçün 65 milyon avroluq rəsmi təklif göndərib. İtaliya klubu "zadəganlar"ın bu təklifini qəbul etməyib.

Qeyd edək ki, Kenan Yıldız ötən mövsüm "Yuventus"un heyətində keçirdiyi 52 oyunda 12 qol vurub, 9 qol ötürməsi edib. 20 yaşlı vingerin klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest