25 İyul 2025, 12:46
FUTBOL
"Tottenhem"in kapitanı Hın Min Son karyerasını ABŞ-də davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Los Anceles" cənubi koreyalı vingeri transfer etmək istəyir. MLS təmsilçisi 33 yaşlı futbolçu üçün 15 milyon funt-sterlinqlik təklif göndərib.
İngiltərə klubu 1 illik müqaviləsi qalan oyunçunu satmağa hazırdır.
Qeyd edək ki, Hın Min Son ötən mövsüm "Tottenhem"in heyətində keçirdiyi 46 oyunda 11 qol vurub, 12 qol ötürməsi edib.