"Çelsi"nin futbolçusu Rahim Sterlinq Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Telegraph" nəşri məlumat yayıb.

"Fulhem" ingiltərəli vingeri icarəyə götürmək istəyir. "Çelsi"də heyətə düşə bilməyən 30 yaşlı oyunçu özü də klubunu dəyişməyə isti yanaşır.

Qeyd edək ki,  Rahim Sterlinq ötən mövsüm icarə əsasında "Arsenal"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest