25 İyul 2025, 13:47
FUTBOL
"Mançester Siti" "Börnli"dən qapıçı Ceyms Traffordu transfer edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Şəhərlilər" ingiltərəli qolkiper üçün 40 milyon avro təzminat ödəyəcək. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Börnli" Ceyms Traffordu 2023-cü ildə "Mançester Siti"dən transfer etmişdi.