25 İyul 2025, 14:53
FUTBOL
"İnter"in hücumçusu Mehdi Taremi karyerasını Braziliyada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə ESPN televiziyası məlumat yayıb.
"Botafoqo" iranlı forvardı transfer etmək istəyir. A Seriyası təmsilçisinin baş məşqçisi Davide Ançelotti 33 yaşlı futbolçunun oyununu bəyənir.
Təcrübəli oyunçunun yaxın günlərdə Braziliya klubu ilə müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Mehdi Taremi ötən mövsüm "İnter"in heyətində keçirdiyi 43 oyunda 3 qol vurub, 9 qol ötürməsi edib.