25 İyul 2025, 16:19
FUTBOL
"Arsenal" "Sportinq"in hücumçusu Viktor Dyökereşin transferini həll edib.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Topçular" 27 yaşlı forvard üçün Portuqaliya klubuna 63+10 milyon avro təzminat ödəyəcək. İsveç millisinin üzvü "Arsenal"la 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Viktor Dyökereş ötən mövsüm "Sportinq"in heyətində keçirdiyi 52 oyunda 54 qol vurub, 3 qol ötürməsi edib.