26 İyul 2025, 12:51
FUTBOL
"Barselona"nın prezidenti Joan Laporta Çempionlar Liqasının növbəti oyununun keçiriləcəyi yer üçün UEFA ilə danışıqlar apardığı barədə məlumat verib.
Matc.az xəbər verir ki, 63 yaşlı ispaniyalı bu haqda "Mundo Deportivo" nəşrinə müsahibəsində danışıb.
Kataloniya klubu təmirdən çıxmış "Kamp Nou"nun açılışı ilə bağlı daha bir problemlə üzləşib. İspanlar yeni mövsümün bəzi matçlarına birbaşa təsir edəcək bu tədbirin tarixini yenidən təxirə salıblar.
UEFA qaydalarına görə, klub Çempionlar Liqasının qrup mərhələsinin bütün oyunlarını bir arenada keçirməlidir. "Barselona" "Montjuiç"ə qayıtmaq variantını nəzərdən keçirmir və buna görə də assosiasiya ilə əlaqə saxlayıb.