Ötən mövsüm Azərbaycan İkinci liqasının qalibi olan "Şahdağ Qusar" bütün futbolçularla müqaviləyə xitam verib.

Matc.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilir ki, futbolçuların sözləşmələrinə xitam verilib. Klub tərəfdən onlara təşəkkür ifadə olunub.

Bundan başqa yeni futbol mövsümü ilə bağlı yaxın günlərdə məlumat veriləcəyi də qeyd edilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest