26 İyul 2025, 14:44
FUTBOL
Qarşılaşma iyulun 27-də Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
"Neftçi" klubunun Polşadakı təlim-məşq toplanışı çərçivəsində Yunanıstanın "Asteras"la komandası ilə yoxlama oyununun vaxtı dəqiqləşib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, qarşılaşma iyulun 27-də Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Matç Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq. Tərəflərin istəyinə əsasən, oyun canlı yayımlanmayacaq.
Qeyd edək ki, İsrailin "Hapoel" (Təl-Əviv) (1:1) və Poşanın "Termalika" (2:2) komandaları ilə heç-heçə edən "Neftçi" sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.