26 İyul 2025, 15:05
FUTBOL
"Turan Tovuz" heyətini yeni qapıçı ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, Tacikistan millisinin qapısını qoruyan Oleq Baklov ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, son olaraq "UFA"da çıxış etmiş 201 sm boya malik 30 yaşlı əlcək sahibi Rusiyada "Sızran-2003", "Krılya Sovetov", "Ural" və "KamAZ" klublarının da formasını geyinib.