Bu gün günortaya olan məlumata əsasən, artıq oyuna 11 min bilet satılıb.

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la İrlandiyanın "Şelburn" komandaları arasında keçiriləcək cavab oyununa bilet satışı davam edir.

Matc.az Ağdam klubunun mətbuat xidmətindən xəbər verir ki, bu gün günortaya olan məlumata əsasən, artıq oyuna 11 min bilet satılıb. 

Oyun gününə qədər bu sayın daha da artacağı gözlənilir.

Xatırladaq ki, "Qarabağ" səfərdəki ilk görüşdə 3:0 hesablı qələbə qazanıb. Cavab oyunu iyulun 30-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və yerli vaxtla saat 20:00-da başlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest