"Neftçi" heyətini qapıçı ilə gücləndirib. 

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

"Ağ-qaralar" Bosniya və Herseqovina millisinin qolkiperi Kenan Piriçi heyətinə qatıb. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. 

Vətənindən başqa, Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında oynayan Piriç 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub.

O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib. Milli komandanın heyətində 8 oyun keçirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest