Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan İrlandiyanın "Şelburn" klubu UEFA tərəfindən cəzalandırılıb.

Matc.az xəbər verir ki, Şimali İrlandiyanın "Linfild" komandası ilə Çempionlar Liqasının təsnifat mərhələsinin I mərhələsinin ilk oyununda azarkeşlər Dublindəki "Tolka Park" stadionunun keçidlərini bağladıqları üçün İrlandiya çempionu 4000 avro (təxminən 8000 manat) ödəyəcək.

Xatırladaq ki, "Qarabağ" "Şelburn"la ilk görüşdə 3:0 hesablı qələbə qazanıb.

Komandalar arasında cavab oyunu iyulun 30-da Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest