"Betis" klubu mərkəz müdafiəçisi Valentino Qomesi transfer edib.

Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun saytı məlumat yayıb.

Bildirilir ki, futbolçu "Betis"ə azad agent kimi keçib. Qomez komanda ilə 2030-cu ilin yayına qədər uzunmüddətli müqavilə imzalayıb.

Bu, klubun cari mövsümlərarası fasilədə yeddinci transferi olub. "Velez Sarsfild"in yetirməsi olan Qomez 18 yaşında əsas komandada debüt etdi.

O, klubun Argentina Birinci Divizionunda (2023/24) və Beynəlxalq Super Kubokda (2024/25) qələbə qazanmasında mühüm rol oynayıb. Müdafiəçi Argentinanın gənclər komandasında (U-20) əsas oyunçularından biridir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest