"Arsenal"ın hücumçusu Qabriel Jesus bu yay London klubunu tərk edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "RTI Esporte" məlumat yayıb.

Bildirilir ki, "Flamenqo" hücumçunun xidmətində maraqlıdır. Braziliya klubu "Arsenal"a Jesusu satın alma opsiyası ilə icarəyə götürməyi təklif edib. "Flamenqo" icarə müddətində futbolçunun maaşının yalnız 50%-ni ödəyəcək.

Hazırda çarpaz bağ zədəsini sağaltmaqda olan brazliliyalı forvardın özü Viktor Qyökereşlə müqavilə imzaladıqdan sonra "Arsenal"da kifayət qədər oyun təcrübəsi qazanacağına əmin olmadığı üçün transferə hazırdır.

Qeyd edək ki, ötən mövsüm Qabriel Jesus bütün turnirlərdə "Arsenal"ın heyətində 27 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. 28 yaşlı braziliyalı zədə səbəbindən mövsümün əhəmiyyətli hissəsini buraxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest