Bu gün yoxlama oyununda "Şamaxı" "Kəpəz" ilə üz-üzə gəlib.

Matc.az xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda baş tutub.

Qarşılaşma "Şamaxı"nın 6:1 böyükhesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Kəpəz" bunadək "Qəbələ" ilə yoxlama oyununda uduzub - 0:2. Gəncə klubu toplanış çərçivəsində daha 3 görüş keçirməyi planlaşdırır.

"Şamaxı"nın yay hazırlıq toplanışı avqustun 9-na kimi davam edəcək. Bölgə təmsilçisi son olaraq "İmişli" ilə qarşılaşacaq. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest