26 İyul 2025, 21:00
FUTBOL
"Turan Tovuz" Azərbaycan millisinin üzvü Filip Ozobiçlə heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ozobiç son olaraq "Neftçi"nin şərəfini qoruyub. O, Rusiyada "Spartak", Xorvatiyada "Hayduk" və "Slaven" klublarında çıxış edib. Filip Ozobiç ölkəmizdə "Qəbələ" və "Qarabağ"da da forma geyinib.
Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub.